Danoneni çeçenlər ələ keçirtdi!backend

“Çeçen bossları Rusiyadakı Danone bizneslərini kifayət qədər peşəkarcasına və silah çəkmədən” idarə edirlər. Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakrievin rəhbərliyi altında şirkətin işini Financial Times belə təsvir edib.

2023-cü ilin iyul ayında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Danone Russia” ASC-nin xarici səhmləri Federal Əmlakın İdarə Edilməsi Agentliyi tərəfindən müvəqqəti idarəetməyə verilib.  Çeçenistan hökuməti sədrinin müavini, respublikanın kənd təsərrüfatı naziri və Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyev Fransanın “Danone” şirkətinin Rusiyadakı törəmə şirkətinin baş direktoru təyin edilib.

Financial Times-a görə, 2017-ci ildən bu vəzifədə çalışan Çarli Kappetti qeyri-rəsmi olaraq şirkətin baş direktoru vəzifəsini davam etdirir. O və şirkətin digər top menecerləri müəssisələrin düzgün işləməsini təmin etmək üçün Danone-nin Parisdəki baş ofisi ilə müntəzəm əlaqə saxlayırlar.

Putinin sözlərinə görə, Rusiya ölkədə fəaliyyətini davam etdirmək istəyən xarici şirkətlərə dostdur.

Mənbə: mail.ru

Aynur Camal