Bu gün Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü”nə həsr olunmuş videokonfrans keçirilib.
Mərkəzin verdiyi məlumata əsasən xəbər verir ki, tədbirdə Rayon MKS-nin əməkdaşları, rayonun gənc yazarı Etibar Həsənzadə, gənc jurnalisti Dilqəmli Nicat, 2020-ci ildə Daşkəsən rayonu üzrə ən yüksək balla tələbə adını qazanmış Nigar Məmmədzadə, Vətən müharibəsi qazisi Yusif Abbasov, eləcə də rayonun fəal gəncləri və məktəbli şagirdlər iştirak edib.
Konfransda iştirakçıların hər biri öz fikirlərini söylədilər. Məruzələrdə əsasən Böyük Qələbəmizdə gənclərin rolu, cəsurluğu, qəhrəmanlığı və əsl vətənpərvər kimi istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdikləri şücaətdən bəhs olundu.
Gənclər Milli Müstəqil Azərbaycan respublikasının vətəndaşı olduqları üçün, eləcə də bu böyük Qələbənin iştirakçıları və şahidləri olduqları üçün qürur duyduqlarını fəxrlə söylədilər. Biz də öz adımızdan gələcəyimiz olan gənclərə uğurlar arzulayırıq. Bugünkü gəncliyimizlə və daha dəqiq desək, bizə Qələbə sevinci yaşadan gənclərimizlə fəxr edirik!
Allah Şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!
Qazilərimiz də tezliklə sağlamlıqlarına qovuşsun!