Daxili İşlər Nazirliyi dekabrın 21-də Daşkəsən rayonunda törədilən qətllə bağlı məlumat yayıb.
“Yeni Gundem” xəbər verir ki, məlumata əsasən, Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.