Daşqın Gülməmmədov: Gəncədə mülki əhaliyə raket atan Ermənistan terrorçu dövlətdirbackend

Gecə saatlarında Azərbaycanın Gəncə şəhərində mülki əhalinin yaşadığı bölgəyə raket zərbəsi endirən Ermənistan bir daha sübüt etdi ki, bu dövlət terrorçu dövlətdir. Azərbaycan ordusnun Dağlıq Qarabağada apardığı uğurlu hərbi əməliyyatlarına tap gətirməyən Ermənistan terrorçu kimi mülki, dinc əhalidən heyif almağa başlayıb.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib.

O qeyd edib: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərində dinc əhaliyə raket zərbəsi endirməsi birbaşa terror aktıdır və bu fakt təcili beynəlxalq hərbi məhkəmənin müzakirəsinə təqdim edilməlidir” Digər tərəfdən artıq Dağlıq Qarabağda hərbi-taktiki təşəbbüsü itirən Ermənistan Azərbaycanın şəhərlərinə, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisinə raket zərbələri endirməklə Azərbaycan silahlı qüvvələrini təxribata çəkib Ermənistan ərazisinə cavab raket və artileriya zərbələri endirilməsini gözləyir. Bu isə Rusiyanın və bəzi KTMT üzvü dövlətlərinin münaqişəyə qoşulmasını təmin etməkdir.