Daşqın nəticəsində ölənlərin sayı artdıbackend

Şiddətli yağışların təsirli olduğu Şərqi Afrika ölkəsi Somalidə sel fəlakətlərinin sayı getdikcə pisləşir.

“Yeni Gundem” xəbər verir ki, Somali Milli Fəlakət İdarəsi Agentliyindən (SOMDA) verilən açıqlamada sel fəlakətində həyatını itirənlərin sayının 50-yə yüksəldiyi bildirilib.

Bildirilib ki, güclü yağıntılar nəticəsində torpaq sürüşməsi və qəfil daşqınlar baş verib, kənd təsərrüfatı sahələrinə ziyan dəyib, heyvanlar tələf olub. SODMA-nın komissarı Mohammed Moalim paytaxt Moqadişuda jurnalistlərə deyib ki, “Ölkədə daşqınlar 50 nəfərin ölümünə və yarım milyondan çox insanı köçkün vəziyyətinə salıb”.

Moalim, insanların köçkün olacağı, humanitar ehtiyacların artacağı və daha çox evin zərər görəcəyi xəbərdarlığından sonra BMT-nin Somalinin cənubundakı Bardhere bölgəsinə daşqın qurbanlarına kömək etmək üçün yük təyyarəsi göndərdiyini bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 1,24 milyon insanın leysan yağışlar və daşqınlardan zərər çəkdiyini və bu rəqəmin daha da arta biləcəyini açıqlayıb.

BMT oktyabr-dekabr yağışlı mövsümdə 1,6 milyon insanın daşqınlardan təsirlənəcəyini və 1,5 milyon hektar kənd təsərrüfatı sahəsinin zədələnəcəyini təxmin edir.

Digər tərəfdən, ölkənin cənub-qərbində Cubba çayının daşması nəticəsində yaşayış məntəqələri su altında qalıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal