Daşqından zərər çəkən 6 nəfər itkin düşübbackend

Fransanın 12 əyalətində daşqın və ya uçqun təhlükəsi ilə əlaqədar xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Fransa Meteorologiya İdarəsi Meteo France, Yonne, Charente-Maritime, Gironde, Aveyron, Landes, Lozere, Gard, Ardeche, Bouches-du-Rhone və Var əyalətlərində daşqınlar, sahil Pireney-Atlantiques-də yüksək dalğalar olduğunu bildirdi. Alp-Dənizlər qar uçqunu təhlükəsi barədə xəbərdarlıq etdi.

Ölkənin əlverişsiz hava şəraitinin təsirli olduğu 12 əyalətində xəbərdarlıq səviyyəsi narıncıya qədər artırılıb.

“Le Figaro”nun məlumatına görə, səlahiyyətlilər Qard əyalətində daşqınlar səbəbindən dünən gecədən bəri 2-si uşaq olmaqla 6 nəfərin itkin düşdüyünü bildirib.

Qard əyalətindəki Dionda bir ata və iki uşağı avtomobili ilə körpüdən keçmək istəyərkən itkin düşdükləri, Qudarguesdə 2 qadının, Gagnieresdə isə 62 yaşlı sürücünün itkin düşdüyü paylaşıldı.

Yanğınsöndürənlər axtarış-xilasetmə işlərini davam etdirərkən, əyalətin Frejus, Grimaud və Hyeres bölgələrində ehtiyat tədbiri olaraq 90 nəfər təxliyə edilib.

Mənbə: Ntv.Tr

Aynur Camal