Avstraliyanın Kvinslend ştatında güclü yağışlar daşqınlara səbəb olub. Yüzlərlə evi su basıb, bölgədəki çaylarda tapılan timsahları da sel suları apararaq yaşayış məntəqələrinə gəlib.
Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında daşqınlar silsilə fəlakətlərə səbəb olub. “Jasper” qasırğasının yaratdığı daşqın ölkənin şimalındakı şəhərləri su basıb. İnsanlar həyatlarını xilas etmək üçün damlara çıxdılar. İçməli su, kanalizasiya, elektrik, telekommunikasiya və nəqliyyat məsələlərindən çox narahat olduqlarını və havadan dəstək ala bilmədiklərini ifadə edən Əyalət Baş naziri Stiven Mayls, “Bir çox təbii fəlakətlər gördük, amma bu, xatırladığım ən dəhşətli fəlakətdir.
Bölgədə baş verən digər fəlakət isə sel sularında timsahların qəsəbələrə çatması olub. İnqhamda sel sularında üzən 3 metr uzunluğundakı timsah heyvanları mühafizə qrupları tərəfindən ələ keçirilib. Bölgədən gələn görüntülərə görə qəsəbəyə gələn başqa timsahlar da var.
Bildirilib ki, sel fəlakətindən sonra aparılan işlərdə 300-dən çox insan xilas edilib. Səlahiyyətlilər xilas edilən 300-dən çox insanın vertolyotla bölgədən təxliyyə ediləcəyini açıqlayıb. Kvinslend polis rəisi Katarina Kerroll selin çox dağıdıcı olduğunu və çətin günlər yaşadıqlarını bildirib.
Güclü yağışların təsirli olduğu bölgədə bu gündən etibarən dəmir yolu nəqliyyatı dayandırılıb, 14 min ev və iş yeri işıqsız qalıb. Bölgədə magistral yollarda daşqınlar səbəbindən nəqliyyatda da fasilələr var.
Digər tərəfdən, Kvinslendin şimalındakı çay və göllərdə də çoxlu timsahlar var.
Mənbə: TGRT
Aynur Camal