Türkiyə Zəngəzur dəhlizinin tikintisini 2028-ci ildə başa çatdırmağı planlaşdırdığını açıqlayıb.
Türkiyə ilə türk dünyası ölkələri arasında birbaşa quru əlaqəsini təmin edəcək Zəngəzur nəqliyyat dəhlizinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.
“Marşrutun Azərbaycan hissəsi demək olar ki, tamamlanıb. 224 km-lik Türkiyə hissəsinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır”, – deyə nazir “Yeni Şafak” qəzetinə bildirib.
Uraloğlu xatırladıb ki, Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir. “Həmçinin layihə çərçivəsində tenderlərin planlaşdırılması və keçirilməsi ilə bağlı işlər aparılır. İran da Zəngəzur dəhlizinə maraq göstərir. Biz İran tərəfi ilə danışıqları davam etdiririk və layihəyə qoşulmağa kömək etməyə hazır olduğumuzu bildiririk”, – deyə türkiyəli nazir bildirib.
Azərbaycan dəfələrlə Ermənistanın Sünik rayonu ərazisindən keçərək Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istəyini bəyan edib. Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. 2023-cü il oktyabrın 6-da Azərbaycan və İran İslam Respublikası ərazisindən ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinə dair niyyət memorandumu imzalayıblar.
Mənbə: mail.ru
Aynur Camal