Dəhşətli bomba Livanda da istifadə edildi!backend

“Amnesty İnternational” İsrailin Livana hücumlarında ağ fosfordan istifadə etdiyinə dair sübutlar paylaşıb.

Təşkilat hərbi cinayətlərin araşdırılmalı olduğunu bəyan edib.

Amnesty İnternational, İsrailin oktyabrın 16-da Livan sərhədindəki Dahayra qəsəbəsinə ‘mülki əhaliyə qarşı ayrı-seçkilik edilmədən’ hücumunun qanunsuz olduğunu və müharibə cinayətlərinin araşdırılması lazım olduğunu bildirib. Təşkilatın açıqlamasında indiyədək İsrailin Livana endirdiyi bombardmanlarda ən azı 4 mülki vətəndaş və 48 Hizbullah üzvünün həlak olduğu qeyd edilib.

İsrailin Livanda istifadə etdiyi ağ fosforun beynəlxalq humanitar hüquq çərçivəsində məhdudlaşdırıldığı xatırladılıb və aşağıdakı açıqlamalar verilib:

”Onların qanuni istifadələri olsa da, yanğın və tüstünün yayılma ehtimalı yüksək olduğu üçün heç vaxt mülki yaşayış məntəqələri və ya mülki infrastrukturun yaxınlığında atəşə tutmamalıdırlar.

“Mülki obyektlər və döyüşçülər və hərbi hədəflər arasında fərq qoymayan bu cür hücumlar həyata keçirilməsi qadağandır, hərbi cinayətdir”.

Açıqlamada, sıx tüstü pərdəsi yaratmaq və hədəfləri işarələmək üçün tez-tez istifadə edilən yandırıcı maddə olan ağ fosforun hava ilə təmasda olduğu zaman həddindən artıq yüksək temperatura çatdığı və tez-tez atıldığı ərazidə yanğınlara səbəb olduğu bildirilib.

Ağ fosforun insanlarda əsasən bədənin yalnız 10 faizinə təsir etməsi dəhşətli xəsarətlərə, o cümlədən tənəffüs yollarının zədələnməsinə, orqan çatışmazlığına, müalicəsi son dərəcə çətin olan və su ilə söndürülməyən yanıqlara səbəb olduğu bildirilərkən, bu silahdan istifadənin çox vaxt hətta ölümcül nəticələrə səbəb olduğu vurğulanıb.

Amnesty İnternational tərəfindən araşdırılan dəlillərin İsrailin mülki əhalinin yaşadığı Dahayra bölgəsinə etdiyi hücumlarda ağ fosfordan istifadə etdiyini göstərdiyi ifadə edilərək,

“Amnesty International Böhran Dəlil Laboratoriyası ağ fosforlu güllələrdən istifadə edildiyini göstərən video və fotoşəkilləri təsdiqləyib”.

Açıqlamada, təşkilata bağlı tədqiqatçıların təsdiq üçün Dahayra Bələdiyyə Başçısı, eləcə də bir şəhər sakini, bir ilk yardım işçisi və yaralı mülkilərin müalicə olunduğu xəstəxanada çalışan təcili yardım həkimi ilə görüşdüyü bildirilib.

Sübutlar 10-16 oktyabr tarixlərində Dahayra və sərhəddəki Əl-Mari və Aita əl-Çaab şəhərlərinə qarşı hücumlarda ağ fosforun da istifadə edildiyini göstərib.

Sur Şəhər Mülki Müdafiə Departamentinin müdiri Əli Səfiəddin Beynəlxalq Amnistiya Təşkilatına “son dərəcə pis qoxu çıxaran və nəfəs aldıqda boğulmaya səbəb olan bomba” xəbərləri aldıqlarını və bölgədən çox sayda insanın boğulma səbəbiylə xəstəxanaya yerləşdirildiyini söyləyib.

Səfiəddin, “Gecə boyu şəhəri bürüyən və oktyabrın 17-si səhərə qədər davam edən sıx ağ tüstüdən əlimizi belə görə bilmədik” deyib. Onların ifadələrinin “ağ fosforun tərifinə uyğun” olduğu vurğulanıb.

Dünyada bütün bir çox təşkilatlar kimi, Beynəlxalq Amnistiya Təşkilatı da Qəzzəyə zərbə endirən İsrail hərbi birləşmələrinin ağ fosforlu artilleriya mərmiləri ilə təchiz edildiyini təsdiqləyərək deyib: “Ağ fosfor dəhşətli iztirablara və həyatı dəyişdirən yaralanmalara səbəb olur və su ilə söndürülə bilməz. Ona görə də ağ fosfor heç vaxt mülki yerlərdə istifadə edilməməlidir” – xəbərdarlığını edib.

Mənbə: TGRT

Aynur Camal