Dəhşətli qəza: 10 ölü, 48 yaralıbackend

Nigeriyanın Kaduna əyalətində yük maşınının vurması nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Nigeriyanın Kaduna əyalətində dəhşətli qəza baş verib. Milli Yol Təhlükəsizliyi Kaduna sözçüsü Jonas Agwu verdiyi açıqlamada, əyalətindəki Kaduna-Abuja şossesində sürətlə hərəkət edən yük maşınının idarəetmədən çıxaraq insanları əzdiyini söyləyib.

Aqvu qeyd edib ki, qəza nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Müalicə altında olanlardan bəzilərinin vəziyyətinin ağır olduğunu dilə gətirən Aqvu, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal