Qazaxıstanın Almatı şəhərində səhər saatlarında yataqxanada baş verən yanğında 13 nəfər həyatını itirib. İlkin təsbitlərə görə yanğının zirzəmi dəhlizində baş verdiyi öyrənilib.
Qazaxıstanın Almatı şəhərində yerli vaxtla saat 05.30 radələrində naməlum səbəbdən hostelin zirzəmisində yanğın baş verib.
Əraziyə təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Almatı Şəhər Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada yanğınsöndürmə qrupunun 13 nəfərin cəsədinə çatdığı açıqlanıb.
İlkin məlumata görə, ölümün səbəbi dəm qazından zəhərlənmə olsa da, dəqiq səbəblər araşdırılır. Yataqxanada olan 72 nəfərdən 59-nun öz imkanları ilə binanı tərk etdiyi, həmin şəxslərin yaşayış və yeməklə təmin olunduğu bildirilib.
Almatı Şəhər Qubernatorluğundan verilən açıqlamada yanğında ölənlərdən 9-nun Qazaxıstan, 2-nin Rusiya, 2-nin isə Özbəkistan vətəndaşı olduğu paylaşılıb.
Bildirilib ki, yanğının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. İlkin təsbitlərə görə yanğının zirzəmi dəhlizində baş verdiyi bildirilib və yataqxananın 1,5 ay əvvəl açıldığı öyrənilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal