Dəkkədə dəhşətli yanğın: Ən azı 43 nəfər ölüb, 22 nəfər yaralanıbbackend

Banqladeşin paytaxtı Dəkkədə 7 mərtəbəli Kacchi Bhai restoranında baş verən yanğın 43 nəfərin ölümünə, 22 nəfərin yaralanmasına səbəb olub. Banqladeşdə 7 mərtəbəli restoranda dəhşətli yanğın baş verib. Hadisə yerinə sövq edilən yanğınsöndürənlər və təcili yardım qrupları 75 nəfəri alovdan sağ-salamat xilas edə bilib. Bildirilib ki, axşam saatlarında başlayan yanğın qısa zamanda bütün binanı bürüyüb. Xilasetmə qrupları yanğını söndürmək üçün uzun müddət mübarizə aparıb.

Yanğın söndürüldükdən sonra Banqladeş Səhiyyə Naziri Dr. Samanta Lal Sen yanğında 43 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb. Yanğınsöndürənlər 75 nəfəri yanğından xilas edə biliblər. Yanğının səbəbi hələlik məlum olmasa da, yanğınlarla bağlı araşdırmalara başlanılıb.

Mənbə: TGRT

Aynur Camal