Kürdəmirdə 60 yaşlı kişi dəm qazından zəhərlənib.
“Yeni Gündəm” in məlumatına görə, hadisə rayonun Pirli kəndində baş berib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Xəlil Əlhöküm oğlu Əhmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Huşsuz vəziyyətdə ailəsi tərəfindən tapılan X.Əhmədov rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.