“Dəməşq hava limanına hücumlar dayandırılmalıdı”backend

Zaxarova İsraili Dəməşq hava limanına hücumları dayandırmağa çağırıb.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbələrinin Suriyanın suverenliyini pozduğunu bildirib.

“Yeni Gundem” xəbər verir ki, onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

“Biz İsrailin Suriyanın mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu qətiyyətlə pisləyirik”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, “belə pis təcrübə son dərəcə təhlükəli nəticələrə gətirib çıxarır” və regionda gərginliyin artması ilə nəticələnir.

“Biz günahsız insanların həyatı üçün təhlükə yaradan məsuliyyətsiz hərəkətləri dayandırmağı tələb edirik”, – deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, Oktyabrın 22-də İsrail qırıcıları Dəməşq və Hələb hava limanlarına da hücum ediblər. Hücum nəticəsində uçuş-enmə zolaqları qismən zədələnib.

Mənbə: Lenta.Ru

Aynur Camal