Dəniz tısbağasını yeyən 9 nəfər ölübbackend

Tanzaniyanın Zanzibar arxipelaqında yerləşən Pemba adasında 8-i uşaq olmaqla 9 nəfər dəniz tısbağası əti yeyərək ölüb.Tanzaniyanın Zanzibar arxipelaqında dəniz tısbağaları ölümə səbəb olub.

Arxipelaqın Pemba adasında yoluxmuş su tısbağasının ətini yedikdən sonra xəstəxanaya yerləşdirilən 8-i uşaq olmaqla 9 nəfər ölüb.

Həmçinin 78 nəfərin müalicə olunduğu bildirilib.

Pemba adasındakı Mkoani şəhərinin səhiyyə işçisi Hacı Bakari, “Laboratoriya testləri göstərir ki, bütün xəstələr çərşənbə axşamı (keçən həftə) tısbağa əti yeyiblər” deyib.

 Səlahiyyətlilər yerli əhalini tısbağa əti yeməkdən çəkinməyə çağırıb.

2021-ci ildə Pemba adasında 3 yaşlı uşaq da daxil olmaqla 7 nəfər tısbağa əti yedikdən sonra xəstələnərək ölmüşdü.

Xəbər Mənbəsi: İhlas Xəbər Agentliyi

Aynur Camal