Dənizdən göyə yüksələn tüstübackend

 İnanılmaz 20 saniyəlik görüntü: Dənizdən göyə yüksələn tüstü.

100-ə yaxın aktiv vulkanın olduğu Yaponiyadan gələn görüntü heyrətləndirici idi. Havadan çəkilmiş görüntüdə adanın düz yanından səmaya qalxan tüstü diqqəti cəlb edir. Sakit okeanda Yaponiyanın İvo Jima adası yaxınlığında sualtı vulkanın püskürməsi nəticəsində yaranan tüstü dəniz səthindən görünür.

Yaponiya Sahil Mühafizəsinə aid təyyarənin çəkdiyi hava görüntülərində əvvəlki vulkan püskürmələri nəticəsində əmələ gələn adanın düz yanından səmaya qalxan tüstü diqqət çəkir. Şiddətli partlayışların təhlükəsini vurğulayan Yaponiya rəsmiləri bölgədəki gəmilərin ehtiyatla hərəkət etmələri barədə xəbərdarlıq edib.

Yaponiyada 100-ə yaxın aktiv vulkan var. Yaponiyadakı vulkanik Oqasavara adalarının ən cənub ucu olan İvo Jimada 1945-ci ildə İkinci Dünya Müharibəsi zamanı adanı müdafiə edən demək olar ki, bütün yapon əsgərləri (21570 əsgər) həyatını itirdi.

Mənbə: Haber Global

Aynur Camal