Cənubi Çin dənizində gərginlik: Filippin və Çin sahil mühafizə gəmiləri toqquşub
Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Çin qayıqlarının təhlükəli manevrlər və təcavüzlər etdiyi bildirilib.
Asiyada sular yenidən istiləşib.
İki ölkənin qayıqları Cənubi Çin dənizində mübahisəli bölgə olan Ayungin Shoalda qarşı-qarşıya gəlib.
Filippin sahil mühafizə gəmisinin Çin gəmisi ilə toqquşduğunu bildirib.
PNA xəbərinə görə; Filippin Sahil Mühafizəsinin sözçüsü Jay Tarriela, Filippin və Çinə aid sahil mühafizə gəmilərinin ləvazimat göndərmə əməliyyatı zamanı Ayungin Shoalda bir-biri ilə qarşılaşdıqlarını söyləyib.
İki ölkənin qayıqları toqquşub
Tarriela, Çin sahil mühafizə gəmisindəki personalın “məsuliyyətsiz və qeyri-qanuni” davranışı səbəbindən Filippin sahil mühafizəsinə aid “BRP Sindangan” qayığı ilə toqquşduğunu və kiçik ziyana səbəb olduğunu bildirib.
Filippin sahil mühafizə gəmisinin hərbi təchizat əməliyyatlarını müşayiət etmək üçün bölgədə olduğunu qeyd edən Tarriela, “Sahil təhlükəsizlik qayıqlarımız əməliyyat boyu Çin gəmiləri tərəfindən təhlükəli manevrlər və təcavüzlərlə üzləşdi” deyib
Xatırladaq ki, Cənubi Çin dənizi, sahilyanı ölkələrin müstəqillik əldə etdikləri İkinci Dünya Müharibəsindən sonrakı dövrdən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzində olub.
Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin yüzdə 80-dən çoxunun suverenliyini iddia edərkən, Vyetnam, Bruney və Malayziya ilə yanaşı Filippin də yeraltı sərvətlərlə zəngin bölgədə haqq iddia edir.
ABŞ region ölkələri ilə yanaşı, Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə və hərbi ünsürləri ilə yanaşı mülki gəmi donanması ilə də mövcud olmasına qarşıdır.
Mənbə: EnSonHaber
Aynur Camal