Ötən həftə ABŞ-ın Las-Veqas şəhərində şərti azadlığa buraxılma tələbini rədd edən hakimə hücum edən müttəhim bu dəfə məhkəməyə əlləri bədəninə zəncirlənmiş və başına maska taxılmış halda gətirilib. Təqsirləndirilən şəxs əvvəlki iclasda hücum etdiyi hakim tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.
Keçən həftə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Klark Dairə Məhkəməsində sınaq müddətinə dair tələbi rədd edildikdən sonra hakimə hücum edən 30 yaşlı müttəhim Deobra Delone Redden yenidən məhkəmə qarşısına çıxarılıb.
Redden bu dəfə məhkəmə zalına əlləri bədəninə zəncirlənmiş və başına maska taxaraq xüsusi ehtiyat tədbirləri görərək gətirilib. Hakim Meri Kay Holthus əvvəlki iclasda ona hücum edən Reddeni ittihama görə 4 il həbs cəzasına məhkum edib. Qərarında Holthus əvvəlki iclasın kəsildiyini xatırladıb və “Açıq şəkildə qeyd etmək istəyirəm ki, müttəhimin ötən həftəki hərəkətindən əvvəl verdiyim hökmü dəyişməmişəm” deyib. Hakim Holthus Reddenin yalnız əvvəllər etiraf etdiyi cinayətə görə məhkum edildiyini və ötən həftə ona qarşı edilən hücumla bağlı üzləşdiyi ittihamın başqa bir hakim tərəfindən araşdırılacağını vurğulayıb.
Xatırladaq ki, Reddenin keçən il bir adamı beysbol çubuğu ilə döydüyü üçün 4 il həbs cəzası aldığı öyrənilib. Həmçinin o məhkəmə prosesi zamanı hakimə hücum edib.
Belə ki, keçən həftə ağırlaşdırılmış hücum ittihamı ilə Clark County Rayon Məhkəməsində mühakimə olunan Redden sınaq müddətini istədi. Hakim Meri Kay Holthus, cinayət tarixinə görə Reddenin sınaq müddəti ilə bağlı tələbini rədd etdi. Həbs cəzası alacağını anlayan Redden söyüş söyməyə başlayıb və məhkəmə zalından hakim Holtusun üstünə atılıb. Holtus yerə yıxılarkən məmurlar Reddenə müdaxilə edib və həmin anlar məhkəmənin təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.
Hakim Holthus yüngül yaralanarkən, təcavüzkar müttəhimə müdaxilə edən məhkəmə məmurunun xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Hakimə hücum edən Redden Clark County Təcridxanasına göndərilib və onun batareya da daxil olmaqla bir çox yeni ciddi ittihamlarla üzləşdiyi bildirilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal