Deputat: “Avropada daha çox qazımıza ehtiyac var”backend

Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində qeyd etdiyi kimi Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda təlabatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır”.

Bu sözləri açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyamız Azərbaycanın enerji resurslarından səmərəli istifadə edilməsi üçün imkanlar yaratdı: “Əsrin müqaviləsinin imzalanması və neft-qaz sənayemizin yenidən qurulması üçün on milyardlarla dollar xarici sərmayələrin bu sahəyə cəlb edilməsi öllkəmizin enerjiyə olan daxili təlabatının ödənilməsinə imkan yaratmış oldu, Azərbaycan ilk gündən xarici sərmayələr üçün açılq ölkə olduğunu elan etmişdir. Bu illər ərzində 4 neft və 3 qaz ixrac xətlərinin tikilməyimiz Xəzər dənizində istehsal olunan karbohidratların xarici baxzarlara birbaşa çatdırmağımıza imkan vermişdir”.

“Deputat sözlərinə belə davam edib: “2020-ci ilin dekabrında açılışı olmuş və 2021-ci ilin 1 yanvardan başalayaraq qazımızın Avropaya ixracımıza başladığımız CQD, bu gün yaranmış yeni dünya düzəmində ən vacib məsələyə çevrilib. Bakı Enerji Forumunda müzakirə olunan məsələlər əsasən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətindədir. Hesab edirəm ki, forumda müasir qlobal çağırışlara uyğun əməkdaşlığın genişləndirilməsi üçün üçün yeni razılaşmalar əldə olunacaqdır. Çünki Avropada daha çox qazımıza ehtiyac var. Ona görə də yeni mənbələrin müəyyənləşdirilməsi və ixrac gücümüzün artırılması istiqamətində yeni investisyalar yatırmalıdır. Bu baxımdan Bakı Enerji Həftəsinin böyük əhəmiyyəti olacağını hesab edirəm”.SİA