Deputat istefa verdibackend

Ermənistanın parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Çarçyan mandatından istefa verib.

Deputat məlumatı təsdiqləsə də, səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, bu il fevralın 9-da Ermənistanın Milli Assambleyası Ermənistan Respublikasının baş prokurorunun “Hayastan” fraksiyasının deputatı Armen Çarçyana qarşı cinayət işinin başlanmasına dair təqdim etdiyi vəsatəti təsdiqləyib.

O, 2017-ci il fevralın 8-də Zəngəzur vilayətinin Sisian rayonunun keçmiş başçısı Artur Sarkisyana qarşı ittihamlarla bağlı təyin edilmiş ikiqat məhkəmə-tibbi ekspertiza komissiyasının tərkibinə ekspert qismində daxil edilərək saxta rəy verməkdə günahlandırılıb.

Qeyd edək ki, A.Sarkisyan 2016-cı ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, 2021-ci il iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ilə ittiham olunaraq həbs edilib. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılıb və deputat kimi fəaliyyətini davam etdirib./Report