Deputat Novruz Aslanov xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət etdi – FOTOLARbackend

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət etdi.

“Yeni Gündəm” xəbər verir ki, 17 avqust 2021-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Azərbaycan Respublikasının və Dağıstan Respublikasının xalq artisti İlhamə Quliyevanın anadan olmasının 78-ci il dönümü münasibətilə onun məzarını ziyarət etdilər.

Məzarına əklil qoyuldu və ruhuna dualar oxundu.