Bakı şəhər Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev 5 ünvanında yerləşən səki və kiçik yaşıllıq ərazi qanunsuz olaraq zəbt edilib.
AzFakt.com xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, yol kəsişməsində yerləşən yaşıllıq ərazi zəbt edilib və yerində obyekt tikmək istəyirlər. Ərazini Milli Məclisin deputatı Ülvi Quliyevin zəbt etdirdiyi iddia edilir.
Hasarlanan ərazi ilə bağlı sakinlər bir neçə aidiyyatı quruma şikayət etsələrdə məsələyə göz yumulub.
Bildirək ki, zəbt edilən ərazinin aşağı hissəsində fəaliyyət göstərən “Halal Ət” və “Kardeşler Marmaris” adlı restoranların da deputat Ülvi Quliyevə məxsus olduğu deyilir.
Məsələ ilə bağlı deputat Ülvi Quliyevə ünvanladığımız sorğuya köməkçisi tərəfindən verilən cavabda bildirildi ki, tamamilə yanlış məlumatdır.