Deputat Vətən Müharibəsi qazisi ilə görüşdü – FOTObackend

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov Vətən Müharibəsinin qazisi İlqar Avazovla görüşüb. Bu barədə deputat öz şəxsi facebook səhifəsində paylaşıb.

Paylaşımda deyilir:”Əziz dostlar, hörmətli seçicilər! Dünən Goranboy rayonu Qazanbulaq qəsəbə sakini, Vətən Müharibəsi qazisi İlqar Avazovla görüşüb, qazimizin qayğıları ilə maraqlandıq. Qazi İlqar Avazovun timsalında çiyin-çiyinə vuruşan bütün hərbçilərimizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik etdik.

Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, şəhidlərimizə rəhmət, ailələrinə səbr, yaralı qazilərimizə isə Allahdan şəfa diləyirik”.