Deputat Vüqar İskəndərov Yenigundem.az saytını TƏBRİK ETDİbackend

Milli Məclisin deputatı Vüqar İskəndərov Yenigundem.az xəbər saytını 6 yaşı münasibətilə təbrik edib.

Millət vəkili təbrikində vurğulayıb ki, sayt hazır ki, qlobal dünyanın çağırışlarına uyğun davranır.
“Artıq 6 ildir ki, ölkənin hərtərəfli həyatınaYenigundem.az saytı daxil olub. 2017-ci ildə yaradılan informasiya saytı qısa zamanda kifayət qədər oxuyucu kütləsinə sahiblənib. Təbii ki, bu sizin uğurunuzdur. Ölkəmizdə həddindən çox sayt və portallar var. Bu qədər informasiya bolluğu içərisində öz yolunu seçmək, ayda 1 milyondan yuxarı oxuyucu kütləsinin sahibi olmaq hər saytın işi deyil. Bu heç də asan yol deyil. Sizin kollektiviniz işlərini zamanın tələblərinə uyğun olaraq görür. “Yeni Gundem” saytı tərəf tutmur, qərəzsizdir. Bütün bunlar onu deməyə əsas verir ki, saytınız hazır ki qlobal dünyanın çağırışlarına uyğun davranır. Saytın təsisçisi başda olmaqla bütün kollektivinizi ürəkdən təbrik edirəm. Əsas missiyanız informasiyadır. Bu yolda sizlərlə böyük uğurlar arzu edirəm. Ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatındakı fəaliyyətində böyük uğurlar arzu edirəm”,- deyə o qeyd edib.