Bakıda “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirildibackend

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkə Türk Dövlətləri İqtisadiForumukeçirildi.

“Yeni Gundem” xəbər verur ki, forumun açılış mərasimi İlham Əliyevin türk dünyasına aid fikirlərini əks etdirən video çarx ilə başladı. Daha sonra TürkDövlətləri Təşkilatının baş katibinin köməkçisi ÖmərKocamanın forum iştirakçılarına müraciəti nümayiş olundu.

Ümumilikdə KOB Subyektləri KlublarınınAssosiasiyasının sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baştutan açılış mərasimində Yeni Azərbaycan Partiyasının sədrininmüavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TürkiyəRespublikasının keçmiş Təhsil Naziri, hal-hazırda Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri  Mahmut Özer xüsusi qonaq qismində çıxış etdilər.

Daha sonra forum panel müzakirələri ilə davam edib. “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi” adlı birinci panel millət vəkili Nigar Arpadarainin moderatorluğu ilə baş tutub. Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağçı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzvü, millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov,  Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, TADİV rəhbəri  Aygün Attar, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Prof.Dr.Mustafa Aydın panel müzakirəsində spiker qismində çıxış ediblər.

Forum türk dövlətləri arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.

Forumda “Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı 3 panel də keçirilib. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edib. Ümumiilikdə forumda qonaq qismində çoxsaylı dövlət rəsmisi, türk dövlətlərindən millət vəkilləri və s. şəxslər iştirak edib.

Forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) təşkilati dəstəyi ilə keçirildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOBİA) forumun rəsmi tərəfdaşlarından biri idi.  

Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyib.

Qeyd edək ki, tədbirdə ümumilikdə 600-dan çox yerli və xarici sahibkarlar, media nümayəndələri, iş adamları və rəsmilər iştirak edib.

Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək.