Deputat yataq xəstəsi olan Qarabağ əlilini ziyarət edibbackend
Milli Məclisin deputatı Ceyhun Məmmədov şəhid ailələri, Qarabağ qaziləri, sosial müdafiəyə ehtiyacı olan insanlarla görüşlərini davam etdirir.
“Yeni Gündəm”in xəbərinə görə, millət vəkili Ceyhun Məmmədov bu gün əslən Cəbrayıl rayonundan olan müharibə veteranı, I qrup əlil, yataq xəstəsi Salahov Nofəl Sərməst oğlunu yaşadığı evdə ziyarət edib.
Müharibə veteranını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən millət vəkili onun səhhəti və qayğıları ilə maraqlanıb.
Öz növbəsində Nofəl Salahov Ceyhun Məmmədovu deputat seçilməsi münasibətilə təbrik edib, sosial şəbəkələr vasitəsilə onun fəaliyyətini yaxından izlədiyini deyib. Müharibə veteranı millət vəkilinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
C.Məmmədov bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan şəhid ailələri, Qarabağ qaziləri, xəstə insanlar, aztəminatlı ailələrin problemlərini daim diqqətdə saxlayacaq, onlarla bu cür görüşləri davam etdirəcək.
Görüşdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP-ın Cəbrayıl təşkilatının sədri Arif Fərzəliyev də iştirak edib.