Deputatın velosipedini oğurladılarbackend

Milli Məclisin deputatından oğurluq olub.

“Yeni Gündəm” xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.

Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.

E.Mirbəşiroğlu “oxu.az”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.