Deputatlar bu gün koronavirus testindən keçirilirbackend

Bu gün Milli Məclisin deputatları koronavirus testindən keçiriləcək.

“Yeni Gündəm”-in məlumatına görə, gün ərzində deputatlar növbəli şəkildə Milli Məclisdə testdən keçiriləcəklər.

Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.