Deputatlardan hansıları oruc tutur? – SORĞUbackend

11 ayın sultanı adlandırılan Müqəddəs Ramazan ayının altıncı günündəyik.

İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılıb: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Azərbaycan xalqı tarixi adət-ənənələrini yaşaqdaraq öz milli və mənəvi dəyərlərinə daim dərin ehtiram və hörmətini göstərib. Oruc tutaraq müqəddəs İslamın şərtləndirdiyi qaydalara riyaət edir.

10 milyonluq Azərbaycan xalqını təmsil edən Azərbaycan parlamentinin üzvlərini oruca görə sorğuladıq.

“Yeni Gundem” Azərbaycan Respublikasının Milli Məclisinin deputatları arasında oruc tutub-tutmadığları mövzusunda sorğu keçirib.

Millət vəkili Rüfət Quliyev səhhəti ilə bağlı oruc tuta bilmədiyini bildirdi.

“Səhhətimdə problemlər olur. Gündə iki dəfə dərman qəbul etdiyimə görə oruc tuta bilmirəm”.

Millət vəkili Hikmət Babaoğlu uzun müddət oruc tutanlardan olub.Deputat səhhəti ilə bağlı oruc tuta bilmədiyini açıqladı.

“Uzun müddət oruc tutmuşam.Son zamanlar səhhətimlə bağlı bunu edə bilmirəm.Allah bütün oruc tutanların orucunu qəbul etsin.Kim tuta bilmirsə Allah onlara nəsib etsin”.

Milli Məclisin deputatı Jalə Əhmədova da oruc tutanlardan biri olduğunu dedi.

“Bəli mən oruc tuturam.Allah bütün oruc tutanların orucunu qəbul etsin.Uca yaradan niyyətlərini versin”.

Milli Məclisin deputatı Azər Badamov da oruc tutduğunu vurğuladı.

“Oruc tuturam.Sülhün olmasını və müharibənin bir daha olmamasını arzulayıram”.

Millət vəkili Kamilə Əliyeva həmişə olduğu kimi, bu ildə oruc tutur.

“Bəli orucam. Uzun illərdir ki, oruc tuturam”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sorğu sualının şəxsi olduğunu bildirdi.

“Bu sual şəxsidir. Ona görə belə sorğularda iştirak etmirəm”.

Millət vəkili Müşfiq Məmmədli də oruc tutduğunu deyir.

“Oruc tuturam.Allah bütün orucları qəbul etsin”.

Fərahim Rəhimov

“Yeni Gundem”