Deputatlığa namizəd olan şəhid atası: Fəzail İbrahimli 1 faiz də səs toplaya bilməzbackend

Seçicilər Fəzail İbrahimlini qəbul etmirlər. Heç bir qayda pozuntusu olmasa, Fəzail İbrahimlinin 1 faiz belə səs toplamaq şansı yoxdur.

Demokrat.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a Müsavat Partiyasının 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən namizədi, şəhid atası Şəmsəddin Əmirli deyib. O qeyd edib ki, Fəzail İbrahimlini özünə rəqib hesab etmir: “Azad rəqabət mühiti olduğu təqdirdə, özümü heç də digər opponentlərimdən zəif görmürəm. Ancaq hər şey baş verə bilər. Heç bir qayda pozuntusu olmasa, qalib olacağıma əminəm. Zatən çıxdığı yolda əminliyi olmayan insan sonuca vara bilməz. Fəzail İbrahimli mənim ciddi rəqibim ola bilməz. Digər rəqiblərim də məndən şanslı və güclü deyillər”.

Deputatlığa namizədin dediyinə görə, seçicilər, yumşaq desək, Fəzail İbrahimlini qəbul etmirlər: “Şəffaf seçki olsa, inanıram ki, o bir faiz belə səs toplaya bilməz. Onun bu gün seçicilərlə görüşləri belə inzibati resurslar hesabına olur. Könüllü olaraq heç kəs onu görüşdə görmək istəmir, demək ki, heç deputat da görmək istəmirlər”.