“Dieta zamanı kalori hesalamaq lazım deyil”backend

Həkimlər arıqlamaq üçün kalori saymaq lazım olmadığını izah edib.

“Yeni Gundem” xəbər verir ki, endokrinoloq-həkim optimal porsiyalar haqqında yazarkən, adətən, kalorilərin hesablanmasına deyil, kəmiyyətə və həcmə diqqət yetirməyi məsləhət görüb.

Kaloriləri diqqətlə hesablamağa məcbur deyilsiz deyib.

Müxtəlif qidalarda kalorilərin “dəyəri” bir-birindən fərqlənir.

Tez arıqlamaq istəyiriksə Coke ilə fri kartofuna yox, çox yüksək kalorili qoz-fındıq ilə adi qatıq içməyə üstünlük verməlisiz. Təəccüblüsü budur ki, sözügedən təamların kalori məzmunu təxminən eyni olsada orqanizim onları fərqli şəkildə həzm edir.

Biz həkim olaraq əsasən müxtəlif yaş, çəki, maddələr mübadiləsi, fiziki aktivlik və sairəni diqqətdə saxlayırıq.

Müxtəlif karbohidratlar: sıyıq və, məsələn, kələm və ya xiyar zülallarla müqayisədə həzm prosesində daha az enerji tələb edir.

“Başqa sözlə, hər şey çox fərdidi. Buna görə də kalori nəzəriyyəsi çox mücərrəd bir nəzəriyyə kimi indi getdikcə daha çox tənqid olunur.

Pəhriz hazırlayarkən bunu nəzərə almaq olar, ancaq daima kalori saymamalısınız. Arıqlamaq üçün hazır pəhrizlər təqdim edən şirkətlərin reklamına etibar etməklə yanaşı: çox vaxt kalori miqdarı, yumşaq desək, səhv hesablanır “deyə tibb elmləri doktoru xəbərdarlıq edib.

Mənbə: superru

Aynur Camal