Dil normalarını pozanlar üçün cərimələr artırıldıbackend

Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin onlayn iclası keçirilib. 

“Yeni Gündəm” xəbər ki, gündəlikdə iki məsələyə baxılıb. İclasda Kütləvi İnformasiya Vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilən 533-1-ci maddəyə görə, cərimə sanksiyaları artırılıb.

Belə ki, sözügedən daşıyıcılarda dövlət dilinin normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, layihələr plenar iclasa tövsiyə edilib.