Dilarə Əliyeva: “Gözümü yolda qoydu, onu gözləyə-gözləyə qaldım” – VİDEObackend

“Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ötən gün səhər saatlarında vəfat edib.

Hazırda Heydər məscidində aktrisa ilə vida mərasimi keçirilir. Mərasimdə Tünzalənin ailə üzvləri yaxınları və sənət dostları iştirak edir. Vida mərasiminə qatılanlardan biri də aktrisanın həmkarı Dilarə Əliyeva olub. O, BAKU.WS-ə açıqlamasında Tünzalə Əliyeva ilə bağlı xatirələrindən danışıb. Dilarə aktrisanın vəfatından dərin kədər hissi keçirdiyini ifadə edib:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat dolu idi ki. Azərbaycan tamaşaçısı onu çox sevirdi. Tünzalə kimi böyük aktrisamızı itirdik. Ötən gündən hər kəs onun üçün göz yaşı tökür. O, mənim gözümü yolda qoydu. Onu gözləyə-gözləyə qaldım”.