DİM-in təlimlər üzrə fəaliyyətində iştirak etmək üçün təcrübə proqramına başlanılırbackend

Dövlət İmtahan Mərkəzi (DİM) təlimlər üzrə fəaliyyətində iştirak etmək üçün təcrübə proqramı elan edir.

DİM-dən “Yeni Gundem”-ə  bildirilib ki, təcrübəçilər proqram çərçivəsində iş mühitində və kollektivdə fəaliyyət, sənədlərlə iş, rəsmi danışıqların və yazışmaların aparılması, həmçinin təlimlərin təşkili sahəsində təcrübə toplamaq imkanı qazanacaq, gələcək iş yerlərində daha uğurlu olmaq üçün bilik və səriştələr əldə edəcəklər. Müraciət etmək istəyən namizədlər aşağıda qeyd olunmuş şərtlərə uyğun olmalıdırlar:

– Humanitar və sosial ixtisaslar üzrə II, III və ya IV kursda təhsil almaq;

– Kompüter bilikləri (MS Excel, MS Word, MS Power Point);

– Xarici dil bilikləri: İngilis dili B1; Rus dili B1 (və ya yuxarı);

– Kommunikasiya və təqdimat bacarıqları;

– Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Öyrənmə və inkişafa meyillilik.

Təcrübə 2023-cü ilin sonunadək həftənin 5 günü (qrafik üzrə) 09:00-dan 17:00-dək keçiriləcək.

Müraciət etmək istəyən namizədlər CV-ni [email protected] ünvanına mövzu hissəsində “Təlimlər üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.