Dünyanın ən canlı metropoliyalarından olan İstanbul, Avropa və Asiya mədəniyyətlərinin harmoniyasına, keçmişlə bu günün bir-birinə qarışdığı unikal bir kimliyə malikdir.
“Yeni Gundem” xəbər verir ki, İstanbulun dünya üzrə məşhur görməli yerləri var və şəhərin Anadolu yakası və ya onun Asiya qitəsindəki hissəsi dinc, lakin “havalı” təcrübələrlə bu şöhrətə öz töhfəsini verir. İstanbulun Anadolu yakasının zəngin təbii gözəllikləri, tarixi yerləri, maraqlı gecə həyatı, ləzzətli mətbəxi və bir çox alış-veriş alternativləri kimi xüsusiyyətləri var. Gəlin İstanbulun Anadolu yakasının təklif etdiyi gözəl təcrübələrdən bəzilərinə baxaq. Unutmayın ki, şəhərin bu tərəfindən zövq almağın ən yaxşı yolu Avropa tərəfdən gələn bərə vasitəsilə möhtəşəmBosfor boğazını keçməkdən başlayır.
İstanbulun Şahzadə Adalarının heyrətamiz aurası var
İstanbulun yaxınlığında yerləşən Şahzadə Adaları həm ada həyatının sakitliyini, həm də İstanbul parıltısını yaşamaq istəyənlər üçün ideal bir mühit təqdim edir. İstanbulun Anadolu yakasına yaxın olan Mərmərə dənizinin ucsuz-bucaqsız mavilikləri arasında, Şahzadə Adaları gözəl təbiəti, başgicəlləndirici mimozaların ağırlığını daşıyan yüngül küləyivə Türkiyənin ən məşhur yazıçılarını qonaq etmiş tarixi malikanələri ilə tanınır.
Boğaza paralel uzanan bir sıra tarixi məhəllələr
Üsküdarda bərədən düşüb birbaşa Anadolu Hisarı tərəfə üz tutsanız gözəl məhəllələri və yüz illərlə yaşı olan zərif binaları görəcəksiniz. İlk dayanacağınız Kuzguncuk, Boğaziçi arasında düzülmüş rəngarəng və çoxəsrlik tikililəri, nəhəng çinarları, tərəvəz və meyvələrin hələ də əkildiyi tarixi bağları, kilsəsi, sinaqoqu, məscidləri və eləcə də gözəl kafeləri ilə sizi heyran edəcək. İstanbulun Boğazdakı ən qədim dayanacaqlarından biri olan Bəylərbəyi, sahil xətti və tarixi sarayı ilə ziyarətçiləri valeh edir. İki tərəfi birləşdirən körpünün düz altında yerləşən Bəylərbəyi Sarayı məhəllənin simvoludur. Saray Boğaza baxan mənzərəsi, Şərq və Qərb üslublarını birləşdirən memarlığı, 4 mövsümdə dəyişən atmosferi ilə ziyarətçiləri heyran edir. Üsküdarın başqa bir tarixi səmti olan Çengelköyünü çoxları sahil xəttinə, körpüyə və Boğaza baxan kiçik tarixi çay bağçasına görə tanıyır. Bu çay bağçası simitilə türk çayı içmək və heyrətamiz Boğaz mənzərəsindən həzz almaq üçün gözəl məkandır. Çengelköy həm də çoxəsrlik malikanələri, mənzərəli məhəllələri və ləzzətli dəniz məhsulları ilə məzələrdən ləzzət ala biləcəyiniz balıq restoranları ilə məşhurdur.
Kadıköy: Dünyanın ən havalı məhəllələrindən biri
Kadıköy, Anadolu yakasının ən məşhur məhəlləsi sayılır. 2019 və 2021-ci illərdə iki dəfə dünyanın “ən havalıməhəllələrindən” biri seçildiyi üçün bu heç də təəccüblü deyil. Kafeləri, pub-ları, restoranları, şərab evləri və meyxanaları ilə Kadıköy son illərdə İstanbulun sosial mərkəzlərindən birinəçevrilib. Lakin, Kadıköydə hər zaman kəşf ediləcək və yaşanacaq daha çox şey mövcuddur. Şəhər içində bir şəhər olan Kadıköy, sizi antikvar dükanları, səsyazma mağazaları, ikinci əl kitab mağazaları, bir əsrlik aptek və hətta opera binası ilə qarşılayır. Memarlığı ilə diqqət çəkən Süreyya Opera Evi Bahariye küçəsinin göbəyində dekorativ ornament kimi tamaşa axşamlarında qapılarını qonaqların üzünə açır. İstər piyada, istərsə də nostaljik tramvayla, küçə boyu gəzməksizi dəniz kənarındakı gözəl Moda məhəlləsinə aparacaq. Nəfəs kəsən mənzərəyə heyran olarkən Moda Pier-in kafesində çay və ya qəhvə içə bilərsiniz. Yaxud Moda’nı yerli sakin kimi yaşamaq istəyirsinizsə, isti yay axşamında dəniz sahilində piknik edə və buradan gün batımını seyr edə bilərsiniz.
Bağdat küçəsi: Bura sadəcə küçə deyil!
Anadolu Yakası’nın ən dəbdəbəli küçəsi olan 14 kilometr uzunluğundakı Bağdat küçəsi həm də dünyanın ən gözəl alış-veriş bulvarlarından biri kimi tanınır. Kadıköy və Bostancı rayonları arasında uzanan küçə bir çox yerli və beynəlxalq moda markalarına ev sahibliyi edir. Vitrinlərə baxarkən uzun bir gəzintidən həzz ala biləcəyiniz küçədə siz həm dəgurmelərdən tutmuş yerli və beynəlxalq mətbəxə qədər bütün dadları kəşf edə bilərsiniz.