Malayziyada Hana adlı pişik gecə saatlarında sahiblərini yanğından xilas edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “New Straits Times” məlumat yayıb.
Belə ki, bazar günü, dekabrın 3-ü səhər tezdən Kauntan şəhərində evdə yanğını görən pişik sahiblərini oyadıb.
45 yaşlı Ruhaifi Isiraf Saad və 41 yaşlı həyat yoldaşı Siti Aishaf Zaynul yuxudan oyananda evdə qısaqapanma olduğunu, elektrikin kəsildiyini və otaqdakı televizorun yandığını görüblər.
“Həyat yoldaşımla mən tüstü iyi gələndə tez oyandıq. Yanğını su ilə söndürməyə çalışdıq. Bizim çevik reaksiyamız yanğını bir neçə dəqiqəyə söndürməyə imkan verdi və biz bütün hadisə boyu sakit qaldıq”, – Saad jurnalistlərə bildirib.
Eyni zamanda, həmin vaxt evin digər otaqlarında daha 64 pişik var idi. O bildirib ki, əri ilə doqquz ildir ki, küçədən götürdükləri pişiklərlə yaşayırlar. Bir neçə il əvvəl onların 80 pişiyi var idi. Cütlüyün uşaqları olmadığı üçün kənardan kömək almadan baxdıqları pişiklər onlara sevinc bəxş edir.
Saad və Zaynulun evində elektrik enerjisi hələ də bərpa olunmadığından onlar müvəqqəti olaraq qohumlarının evində yaşayır, yalnız gün ərzində heyvanlara baş çəkirlər.
Mənbə: mail.ru
Aynur Camal