Direktorun şagirdləri döyməsi ilə bağlı videoya münasibət bildirildi: Araşdırma aparılırbackend

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 9 nömrəli tam orta məktəbin direktorunun şagirdləri döyməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

İdarədən verilən məlumata görə, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.