Dənizlidə dəhşətli qətl! Türkiyənin Dənizli şəhərində məktəb direktoru köməkçisi işləyən Gökhan Akçay səhər saatlarında həyat yoldaşı tərəfindən boğazı kəsilmiş halda evində ölü tapılıb. Qətl şübhəliləri hər yerdə axtarılır.
İhlas Xəbər Agentliyinin məlumatına görə, hadisə səhər saat 09:00 radələrində Mərkəzəfəndi rayonu, Ədalət məhəlləsi, 10140 küçəsində yerləşən binanın 5-ci mərtəbəsində baş verib.
Necla Ergün Analıoğlu Peşə Texniki Anadolu Liseyində müdir müavini vəzifəsində çalışan 41 yaşlı Gökhan Akçay həyat yoldaşı tərəfindən qanlar içində yatağında ölü tapılıb.
Hadisə yerinə gələn 112 qrup, Akçayın boğazının bıçaqla kəsilməsi nəticəsində öldüyünü müəyyən edib. Akçayın cənazəsi yarılma üçün Pamukkale Universiteti Xəstəxanası Ədli Tibb meyitxanasına aparılarkən, hadisə ilə bağlı geniş miqyaslı araşdırma başladılıb.
Mənbə: TGRT
Aynur Camal