Dünya Kambocada baş verən dəhşətli hadisədən danışır…
Belə ki, 72 yaşlı heyvandarlıqçı Luan Nam qəfəsə sürükləndikdən sonra 40 timsah tərəfindən diri-diri parçalanıb. Luan Namın cəsədinin qalıqları onun ailəsi tərəfindən Kambocanın şimal-qərbindəki kurort şəhəri Siem Reapda olduqca ağır sınaqdan sonra tapılıb.
Kişinin qışqıraraq kömək istədiyi bildirilir, lakin həmkarları onu dəriləri və əti üçün yetişdirilən timsahların çənələrindən xilas edə bilməyiblər.
Hadisədən sonra çəkilən fotoda timsahın ağzında başmaq ilə oturduğu əks olunub.
Siem Reap polis rəisi Mev Savry jurnalistlərə açıqlamasında “Timsahı yumurtlama qəfəsindən qovarkən timsah çubuğa hücum edib və baxıcısının qəfəsə düşməsinə səbəb olub” deyib.
Məlumata görə, Kambocadakı fermerlər yetişdirdikləri timsahları dərilərini emal etmək üçün Çin, Tayland və Vyetnama satırlar.
Mənbə: TGRT
Aynur Camal