Doğum edən ən yaşlı qadınbackend

Uqandanın paytaxtı Kampalada ekstrakorporal mayalanma müalicəsi alan 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.

Üstəlik, onların körpələrindən biri oğlan, digəri isə qız kimi dünyaya gəlib.

Uqandada təəccüblü hadisə baş verib. Paytaxt Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası 70 yaşlı Safina Namukwayanın əkiz uşaq dünyaya gətirdiyini açıqlayıb. Xəstəxana sosial media hesabında paylaşım edərək Safinanın körpələrindən birinin qız, digərinin isə oğlan olduğunu bildirib.

Açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də “insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu” ifadə edilib. Açıqlamada Afrikanın “ən yaşlı doğum edən qadın” olduğu təxmin edilən Namukwayanın ilk dəfə ana olduğu bildirilib.

Yazıda ifadələri yer alan Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən “az dəyər verılirdi” deyilib.

Hazırda ana Namukwaya və körpələrinin səhhətinin yaxşı olduğu bildirilib.

Mənbə: TGRT

Aynur Camal