Donuz qripi həyəcanıbackend

“Yeni Gundem” xəbər verir ki, İngiltərədə aparılan rutin qrip skrininq testində donuz qripinin A (H1N2) adlı yeni növü aşkar edilib.

Bildirilib ki, Şimali Yorkşirdə bir xəstədə tənəffüs yoluxucu infeksiya əlamətləri olub, xəstəlik yüngül keçib və tam sağalıb.

İngiltərə Səhiyyə Departamenti, xəstənin infeksiyaya necə yoluxduğunu öyrənmək və digər əlaqəli halların olub-olmadığını qiymətləndirmək üçün araşdırmaların davam etdiyini bildirdi.

Qripə bənzər simptomları olan insanlara, xüsusən də yaşlı və ya səhhətində problem olan şəxslərlə təmasdan qaçmaq tövsiyə olunub. Həmçinin bildirilib ki, donuz sahibləri sürülərində “donuz qripi” xəstəliyinin əlamətləri ilə bağlı yerli baytarlara məlumat verməlidirlər.

Şərqi İngiltərə Universitetinin tibb professoru Paul Hunter, A(H1N2) qripin digər yayılan qrip suşlarından daha ağır xəstəliyə səbəb olmadığını söyləyib.

Qeyd edilib ki, donuz qripinin bu variantına son 20 ildə dünyada 50 halda rast gəlinib.

Mənbə: hurriyyət.tr

Aynur Camal