Dörd aylıq atəşkəs planı təklifi gəldibackend

 Həmas İsrailə atəşkəs və məhbusların azad edilməsi planını təklif edir.

Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələri dörd ay yarım müddətində atəşkəs, yaraqlılar tərəfindən əsir götürülən bütün girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması planını təklif ediblər. Bu barədə Reuters xəbər verir.

Agentlik qeyd edir ki, HƏMAS təşəbbüsü Qətər və Misir vasitəçilərinin təqdim etdiyi hərbi əməliyyatların dayandırılması ilə bağlı İsrail və ABŞ tərəfindən bəyənilən təklifə reaksiyadır.

Bundan əvvəl HƏMAS-ın Qəzzada ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə hazırlanmış üç mərhələli Paris atəşkəs planını dəstəklədiyi bildirilmişdi.

Mənbə: Lenta.Ru

Aynur Camal