Dörd Beatles-ın hər biri haqqında film çəkiləcəkbackend

Filmləri britaniyalı rejissor Sem Mendes ərsəyə gətirəcək

“Bütün zamanların ən böyük rok qrupunun hekayəsini danışmaq mənim üçün şərəfdir. Və mən kinoya getməyin nə olduğu ideyasına etiraz etməkdən həyəcanlanıram” Mendes deyib.

Pol Makkartni və Rinqo Starr, həmçinin Con Lennonun və Corc Harrisonun ailələri artıq filmlərin çəkilişinə razılıq veriblər.

Layihənin prodüseri Pippa Harris verdiyi açıqlamada, “Biz bunun bənzərsiz bir immersiv kino təcrübəsi olmasını istəyirik: bütün zamanların ən məşhur qrupunun eyni hekayəsini dörd fərqli perspektivdən izah edən dörd film düşünürük” deyib.

Filmlərin 2027-ci ildə ekranlara çıxacağı gözlənilir. Filmlərin istehsalı və yayımı ilə Sony Pictures Entertainment və Neal Street Productions məşğul olacaq.Yeri gəlmişkən, bu, Beatles-a həsr olunmuş ilk film olmayacaq.

1970-ci ildə qrupun dağılmasından və son albomunun yazılmasından bəhs edən Let It Be filmi nümayiş olunmuşdu.

2021-ci ildə Piter Cekson əfsanəvi Britaniya qrupu haqqında sənədli mini-serial da çəkdi. “The Beatles: Get Back” adlı film məşhur “Let It Be” albomunun yaradılmasından və qrupun 1969-cu il yanvarın 30-da Londondakı evin damında baş tutan son canlı konsertinin yazılmasından bəhs edir..

Mənbə: mail.ru

Aynur Camal