Uralsda qadın dörd yaşlı qızını dostlarının yanına qoyub və 6 ay yoxa çıxıb.Orenburq vilayətində qadın dörd yaşlı qızını dostları ilə birlikdə tərk edərək 6 ay yoxa çıxıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Ural56.ru nəşri məlumat yayıb.
Məlumata görə, o qızını dostlarının yanına qoyub və iki-üç günə qızı üçün qayıdacağını deyib. Sonra isə əlaqəni kəsib.
Uşağın valideynlərini tapa bilməyən dostu polisə müraciət edib, bundan sonra qız uşaq evinə aparılıb.
Övladının uşaq evinə verildiyini öyrənən anası əlaqə saxlayıb, qızını necə geri qaytaracağını soruşub və yenidən yoxa çıxıb. Qəyyumluq orqanı onu valideynlik hüququndan məhrum etmək qərarına gəlib.
Mənbə: Lenta.Ru
Aynur Camal