Hazırda döyüş o qədər şiddətlidir ki, Ukrayna gündə 4-7 min artilleriya mərmisindən istifadə edir.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Döyüş materialının hazırkı istehlakı hazırkı istehsal tempindən yüksəkdir”, – Stoltenberq qeyd edib.
Alyansın baş katibinin sözlərinə görə, o, NATO üzvlərinin Rusiyanın işğalını geri qaytarmaq üçün daha çox xərcləməyə hazır olmasını istəyir. Bu kontekstdə o, alyans üzvlərini “daha iddialı, yeni müdafiə investisiyaları” barədə razılığa gəlməyə çağırıb.
“İyulda Vilnüsdə keçiriləcək sammitdə mən gözləyirəm ki, müttəfiqlər daha iddialı yeni müdafiə sərmayələri ilə bağlı razılığa gələcək, ÜDM-in ən azı 2%-ni müdafiəmizə sərmayə qoyacaqlar”, – Stoltenberq bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin sülh planlaşdırmadığını, daha çox müharibə planlaşdırdığını və buna görə də Qərbin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Stoltenberqin sözlərinə görə, Rusiya Federasiyası hərbi-sənaye istehsalını artırır və silah üçün İran, Şimali Koreya və digər dövlətlərin avtoritar rejimlərinə üz tutur.
Fərahim Rəhimov