Dublində insanlar küçələrə çıxdı!backend

İrlandiyanın paytaxtı Dublin şəhər mərkəzində bıçaqlı hücum nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Təcavüzkarın mühacir olduğu iddia edilib.İrlandiya təhlükəsizlik xidmətləri hadisəni “terror” kimi deyil, müstəqil zorakılıq hadisəsi kimi qiymətləndirib.nİnsanlar Dublində sürətlə küçələrə çıxıb, maşınları yandırıblar və təhlükəsizlik qüvvələri ilə toqquşublar.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İrlandiyanın paytaxtı Dublində böyük xaos hökm sürür. Şəhərin mərkəzindəki Şərqi Parnell meydanında məktəb qarşısında bıçaqlanma hadisəsi baş verib. Hücum zamanı 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər yaralanıb. Bir qızın vəziyyətinin ağır, digər iki uşağın vəziyyətinin isə daha yüngül olduğu öyrənilib.

İrlandiya polisi, mühacir olduğu iddia edilən hücumu həyata keçirən şəxsin motivinin aydın olmadığını bildirib və hadisəni terror hadisəsi kimi qələmə verməyib. Bunun əvəzinə, bəyanatda məktəbdən kənarda çoxsaylı azyaşlı uşaqların iştirak etdiyi “ciddi insident”in baş verdiyi qeyd edilib.

Hadisələrin ardınca çox sayda insan Dublində küçələrə çıxıb. Qəzəbli kütlə avtomobilləri və bəzi dükanları yandırıb, polis qüvvələri ilə də toqquşub. Etirazçılar “İrlandiyanın həyatı önəmlidir” şüarları səsləndiriblər.

Miqrantı bıçaqlamaqdan məsul tutan qrup, polis maşını və tramvayını yandırıb, bəzi polis əməkdaşlarına hücum edib.

Mənbə: TGRT

Aynur Camal