backend

Dünən ölkə ərazisində baş verən yol qəzalarında 3 piyada ölüb. 

“Yenigundem” DİN-ə istinadən xəbər verir ki, noyabrın 13-də saat 1 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində Astara rayon sakini Maarif Cabbarov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Rəhmin Əsədullayevi və Bakı şəhər sakini Aydın Cənnətovu vurub. Nəticədə A.Cənnətov hadisə yerində ölüb, R.Əsədullayev isə xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə paytaxtda baş verib. Noyabrın 13-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Həmin gün saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilən N.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.