Dünya Barış Universitetinin heyəti Bakıda sərgidə iştirak edirbackend

Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində sərgi açılıb. Sərgidə Şimali Kiprdə fəaliyyət göstərən təhsil ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil olunurlar. Eyni zamanda Şimali Kipr mətbəxinə aid müxtəlif təamlar nümayiş etdirilir. Qeyd edək ki, sərgidə Şimali Kiprin prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı təmsilçisi Ufuk Turqaner, iş adamları, deputatlar və media nümayəndələri iştirak ediblər.

Dünya Barış Universitetinin nümayəndə heyəti Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri Sərgisində təmsil olunub.

Qeyd edək ki, sərgidə Dünya Barış Universitetinin rektoru, Professor DR Mustafa Sağsan və universitetin Tələbə İşləri və Beynəlxalq Marketinq şöbəsinin müdiri Hidayət Abbasovla birlikdə sərgidə təmsil olunurdular.