Dünya beşik kimi titrəməyə davam edir!backend

Dünyanın bir çox yerində zəlzələlər baş versə də, son zamanlar İndoneziya şiddətlə silkələnib. Yava adasında 6,1 bal gücündə zəlzələ baş verib.

Bildirilib ki, Cənub-Şərqi Asiya ölkəsi olan İndoneziyanın Yava adasında 6,1 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) açıqlamasında, səhər saatlarında baş verən 6,1 bal gücündə zəlzələnin episentrinin Şərqi Yava əyalətindəki Tuban şəhərinin 132 kilometr şimalında olduğu bildirilib.

Açıqlamada, 10 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin təsbitlərə görə tələfat və dağıntı olmadığı qeyd edilib.

Mənbə: TGRT

Aynur Camal