Qərargahı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) həyəcanverici hesabat dərc edib. Hesabata görə, Rusiya-Ukrayna müharibəsi, İsrailin 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzaya hücumları, Çinin Cənubi Çin dənizindəki iddiaları və bölgələrdə davam edən problemlər, ölkələrin hərbi xərclərini artırması dünyanın qeyri-sabitliyə doğru getməsinə səbəb olub.
IISS tərəfindən nəşr olunan “Hərbi Balans 2024” başlıqlı hesabatda Arktika bölgəsində artan gərginliyin, Şimali Koreyanın nüvə silahı araşdırmaları və Afrikanın Saharaaltı bölgəsində hərbi rejimlərin artmasının “təhlükəsizlik perimetri”ni də pozduğu ifadə edilib”.
Hesabatda dövlətlərin sənaye miqyaslı sursat istehsal gücünü artıraraq qabaqcıl silahlarla balans yaratmağa çalışdığı bildirilib.
IISS-in məlumatına görə, üçüncü ildir davam edən Rusiya-Ukrayna müharibəsi Çin və digər hərbi cəhətdən güclü dövlətlərin qonşu dövlətlərlə münasibətlərini gərginləşdirdiyi üçün qlobal müdafiə xərcləri 2023-cü ildə 9 faiz artaraq 2,2 trilyon dollara çatacaq.
Şimali Koreyanın raket sınaqlarını davam etdirdiyi, Çinin isə nüvə arsenalını genişləndirdiyi Asiyada gərginliyin artdığı hesabatda Çinin Cənubi Çin dənizindəki bölgələrlə bağlı iddialarının da ölkələrə təzyiq olduğu bildirilib.
Hesabata görə, Ukraynanın Rusiyaya verdiyi dəstək sayəsində NATO-nun xərcləri daha da artdığı halda, 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra alyansın ABŞ-dan başqa üzvlərinin hərbi xərcləri 32 faiz artıb.
Yeni üzvlər daxil olsa da, hesabatda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyans daxilində fikir ayrılıqlarının olduğu qeyd edilib və NATO ilə Ukraynanın ümumi şura ilə daha sıx işləməyə başladığı xatırladılıb.
Hesabatda NATO-nun çəkindirmə və müdafiə gücünü gücləndirməyə çalışdığı, ölkələrin yeni təhlükəsizlik mühitində yeni taktika və siyasətlər qəbul etməyə başladığı bildirilib.
Almaniyanın 2023-cü ildə dərc etdiyi ilk milli təhlükəsizlik strategiyasında Rusiyanın “Avropa-Atlantik bölgəsində sülh və təhlükəsizliyə ən böyük təhdid” olaraq təyin edildiyi ifadə edilən hesabatda İngiltərənin də oxşar ifadədən istifadə etdiyi xatırladılıb.
Rusiya-Ukrayna müharibəsi təkcə Avropadakı bir çox hökumətlərin təhlükəsizlik yanaşmalarını yenidən nəzərdən keçirməsinə səbəb olmadı, həm də Çinin artan təhlükəsizlik narahatlığı olduğunu vurğulayıb.
Bildirilib ki, hava və raket əleyhinə müdafiə imkanlarını təkmilləşdirməyi hədəfləyən Avropa ölkələri getdikcə daha çox pilotsuz uçuş aparatlarına müraciət edirlər.
Hesabatda Rusiyanın Ukrayna ilə müharibə zamanı aktiv inventarında olan 3 min əsas döyüş tankını itirdiyi, 2 min köhnə tankı isə anbardan çıxararaq yenilədiyi bildirilib.
Ukraynanın Qərb ölkələrinin təmin etdiyi sursat və silahlardan da istifadə etdiyi paylaşılan hesabatda pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinə də diqqət çəkilib.
Hesabatda Rusiya-Ukrayna müharibəsi təcrübələrinin digər ölkələrin hərbi planlamasına təsir etməyə başladığı, ölkələrin müharibə vəziyyətində hərbi istehsalı artırmağa və daha böyük ehtiyatlar yaratmağa yönəlməyə başladığı qeyd edilib.
Mənbə: Ntv.Tr
Aynur Camal